Amerikalıların üçdə biri həm ABŞ-nin indiki lideri Co Bayden, həm də Ağ Evin keçmiş rəhbəri Donald Trampın bu ilin noyabrında keçiriləcək seçkidə qalib gəldiyi halda yaxşı prezident ola bilməyəcəyini düşünür.
Bunu “Gallup” sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələri sübut edir.
Belə ki, sorğu iştirakçılarının 29%-i hər iki namizədin ABŞ prezidenti postundakı effektivliyinə şübhə ilə yanaşdığını bildirib. Respondentlərin 35%-i Trampın yaxşı prezident olacağına inanır, 30%-i isə Bayden haqqında eyni fikri ifadə edir.
Qeyd edək ki, sorğu martın 1-dən 20-dək aparılıb. Sorğuda ölkə üzrə 18 yaşdan yuxarı 1016 amerikalı iştirak edib.
Xatırladaq ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək.
Mənbə: TASS / Oxu.az