Çeçenistan lideri Ramzan Kadırov iclasda məmurları çeçen sakinlərinin mağazalardakı borclarını ödəməyə çağırıb.
Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Kadırov izah edib ki, qızı Xədicət Kadırova ona məktub yazıb.
“Xədicətdən mənə sms gəldi ki, bir çox insanlar maddi imkanı olmadığından kreditlə mal almağa məcburdurlar, onları bağlamaqda köməklik etmək yaxşı olardı. Yaxşı olar ki, hamı öz ərazisi üzrə sakinlərin borcunu ödəsin”, - deyə Çeçenistan rəhbəri çağırış edib.
Qeyd edilib ki, Çeçenistan Respublikasında satıcılar bu və ya digər məhsulu indi ödəyə bilmədikləri halda, müştərilərinə borc qarşılığında satırlar. Bu daha çox rayon və kiçik məhəllə mağazalarında mövcuddur.
QAZİLER.AZ