"İsrailin inadkarlığı öz əleyhinə çevriləcək" - Hizbullah

"İsrailin inadkarlığı öz əleyhinə çevriləcək" - Hizbullah backend

İsrail BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tabe olmur, beynəlxalq qanunları pozur və dünya ictimaiyyətinin ona ünvanlanan çağırışlarına məhəl qoymur.

Qaziler.az bildirir ki, bunu “Hizbullah” şiə partiyasının lideri Şeyx Həsən Nəsrullah NBN telekanalı ilə yayımlanan çıxışında deyib.

“Mövcud vəziyyətdə biz qətiyyətli olmalı və Qəzza zolağında və İraq, Yəmən və Livandakı bütün dəstəkləyici cəbhələrdə əməliyyatları davam etdirməliyik. İsrailin inadkarlığı öz əleyhinə çevriləcək və Qəzzada müharibə müqavimət qüvvələrinin qələbəsi ilə başa çatacaq”, - “Hizbullah” lideri deyib.

Nəsrullah xarici medianı insan itkilərinə deyil, İsraillə döyüşən döyüşçülərin uğurlarına diqqət yetirməyə çağırıb.

QAZİLER.AZ

Diaspora