Avropa İttifaqı oktyabrın 18-də rəsmi olaraq İrana qarşı sanksiyaların aradan qaldırıldığını bəyan etməyi planlaşdırır. APA-nın xəbərinə görə, bu barədə AFP agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.
Qərar 2015-ci ilin sonunda qüvvəyə minə bilər. Bu müddətədək Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İran tərəfinin nüvə razılaşmasının şərtlərinə əməl etdiyini təsdiqləməlidir.Qeyd edək ki, İran parlamenti iyulda “altılıq” ölkələri (BMT TŞ-nın 5 üzvü və Almaniya) ilə imzalanan sazişi bu günlərdə təsdiqləyib.