“Tesla” yaxın vaxtlarda ABŞ-dan Hindistana 2 milyard dollardan 3 milyard dollara qədər elektrik avtomobilləri istehsalı zavodunun tikintisi ilə bağlı potensial yerləri qiymətləndirmək üçün mütəxəssislər qrupu göndərməyi planlaşdırır.
Qaziler.az xəbər verir ki, bu barədə “The Indian Express” məlumatlı mənbələrə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, texas korporasiyası Maharaştra, Qucarat və Tamilnadu kimi avtomobil sənayesi inkişaf etmiş ştatlarda saytların tapılmasına diqqət yetirəcək. Aprelin sonuna kimi ABŞ-dan ekspertlər qrupu Hindistana gələcək.
Amerika nəhənginin Hindistanda zavod tikmək planları reallaşarsa, bu, Hindistanın elektromobil sənayesinin inkişafına əlavə investisiya cəlb edə və yerli avtomobil komponentləri istehsalçılarına fayda gətirə bilər.
QAZİLER.AZ