Yerusəlimdə yəhudilər polisin müşayiəti ilə ermənilərin yaşadığı “İnəklər bağı” məhəlləsinə daxil olaraq hasarları dağıdıblar.
Bu barədə məlumatı “Sputnik Armenia” yayıb.
Bildirilib ki, bu zaman ermənilərlə yəhudilər arasında qarşıdurma yaranıb.
Məlumata görə, əvvəllər də həmin əraziyə nəzarət uğrunda toqquşmalar baş verib.
İnsidentlə əlaqədar İsrailin erməni icmasının təmsilçiləri etiraz aksiyaları keçiriblər. Yerusəlimdəki erməni patriarxı bu ərazinin satılması ilə bağlı əvvəl əldə olunmuş razılaşmanı ləğv etmişdi.
Report.az