Çinin Tszyansi əyalətində sürəti saatda 127,8 kilometrə çatan şiddətli tufan nəticəsində 7 nəfər ölüb, 11 nəfər yaralanıb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Çində güclü külək, leysan və dolu martın 31-dən bəri 9 şəhərdə təxminən 93 min insana təsir edib.
Vilayətin paytaxtı Nanchang şəhərində bir binanın damı tufan nəticəsində uçub; Şəhərdə 2-si 20-ci mərtəbədən, biri isə 11-ci mərtəbədən yıxılan 3 nəfər həyatını itirib.
Nanchangda ölən digər 4 nəfərin ölüm səbəbləri hələ müəyyən edilməsə də, səlahiyyətlilər 11 nəfərin yaralandığını açıqlayıb.
QAZİLER.AZ