Danimarka Ukraynanın müdafiəsini gücləndirməli olan yeni hərbi yardım paketi üzərində işləyir.
Qaziler.az bildirir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "X" sosial şəbəkəsində yazıb.
Kuleba yazıb: “Mən NATO-nun Brüsseldəki mənzil-qərargahında günümə danimarkalı həmkarım və dostum, Danimarka Krallığının xarici işlər naziri Lars Løkke Rasmussen ilə görüşlə başladım”.
Rəsmilər Ukraynaya hərbi dəstəyi müzakirə ediblər. Ukraynaya investisiya, yenidənqurma və digər yardımlar məsələsi də qaldırılıb.
"Biz Ukraynanın hərbi sahədə prioritet ehtiyaclarını, xüsusən də hava hücumundan müdafiə sistemləri və raket silahlarının təminatı kontekstində müzakirə etdik. Danimarkanın müdafiəmizi gücləndirmək üçün yeni hərbi yardım paketi üzərində işləməsi də çox xoşdur", - Kuleba yazıb.
QAZİLER.AZ