Zimbabve prezidenti Emmerson Mnanqaqva ölkə daxilində quraqlıq səbəbindən ölkədə "milli fəlakət vəziyyəti" elan edib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Mnanqaqva açıqlamasında iqlim dəyişikliyinin yaratdığı quraqlığın qanuni tədbirlər tələb etdiyini vurğulayıb.
Prezident Mnanqaqva, "El Nino hava fenomeninin yaratdığı quraqlığa görə milli fəlakət vəziyyəti elan edirəm" deyib.
Zimbabvenin milli taxıl qıtlığı ilə üzləşdiyi üçün taxıl idxalına üz tutacağını bildirən Mnanqaqva, quraqlığın təsirlərini yüngülləşdirmək üçün 2 milyard dollara ehtiyac olduğunu qeyd edib.
Mnanqaqva həmçinin Ruanda və Konqo Demokratik Respublikasına qarğıdalı və buğda ixracının dayandırıldığını açıqlayıb.
Qonşu ölkə Zambiya da quraqlıq səbəbindən fevralın 29-da milli fəlakət elan edib.
Bölgədəki ölkələrdən biri olan Malavinin 28 şəhərindən 23-ü quraqlıq səbəbiylə fəlakət elan edib.
QAZİLER.AZ