Zelenski Yaponiyanın baş naziri ilə müzakirələr aparıb

Zelenski Yaponiyanın baş naziri ilə müzakirələr aparıb backend

Prezident Vladimir Zelenski Yaponiyanın Baş naziri Fumio Kişida ilə telefon danışığı aparıb.

Qaziler.az bildirir ki, bu barədə Ukrayna dövlət başçısı Telegram-dakı paylaşımında i məlumat verib.

"Yaponiya hökumətinə və bütün xalqa genişmiqyaslı və çoxşaxəli köməyə görə təşəkkür edirəm. Ölkələrimiz arasındakı məsafə ukraynalıların hiss etdiyi ürəklərinizin istiliyinə maneə deyil. Yaponiya artıq Ukraynaya 12 milyard dollardan çox maliyyə dəstəyi verib və cari il üçün əlavə yardım elan edib”, - deyə Zelenski bildirib.

O əlavə edib ki, fevral ayında Tokioda 50-dən çox ikitərəfli sazişin imzalandığı Yapon-Ukrayna Konfransının keçirilməsinə görə Yaponiyanın Baş nazirinə şəxsən minnətdardır.

Zelenskinin sözlərinə görə, onlar onların tezliklə həyata keçirilməsini reallaşdırmağa razılaşıblar.

Bundan əlavə, prezident döyüş meydanındakı vəziyyətdən, xüsusən də Rusiya hava terrorundan danışıb.

QAZİLER.AZ

 

 

Diaspora