NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun Ukraynaya hərbi təchizatının könüllü deyil, məcburi olmasının vacibliyini bəyan edib.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, o, bu barədə aprelin 3-də Brüsseldəki qərargahında alyans ölkələrinin xarici işlər nazirlərinin görüşü başlamazdan əvvəl bildirib.
O, Kiyevin döyüş meydanındakı problemləri fonunda ona hərbi yardımın artırılmasını vacib hesab edir. Stoltenberq həmçinin təşkilatın Ukraynaya hərbi yardımın əlaqələndirilməsi və planlaşdırılmasında mühüm rol oynamaq niyyətində olduğunu təsdiqləyib.
"NATO təşkilat çərçivəsində Kiyevə uzunmüddətli hərbi yardımın necə qurulmasını müzakirə edir", - Stoltenberq bildirib.
QAZİLER.AZ