Blinken Putinin G-20 liderlərinin görüşündə iştirakının şərtlərini açıqlayıb

Blinken Putinin G-20 liderlərinin görüşündə iştirakının şərtlərini açıqlayıb backend

Kremlin rəhbəri Vladimir Putin “bütün üzvlər arasında konsensus olarsa” və “faydalı olarsa” G20 liderlərinin görüşündə iştirak edə bilər.

Qaziler.az bildirir ki, RBC-Ukrayna bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin Fransaya səfəri zamanı verdiyi açıqlamaya istinadən xəbər verir.

"Əgər bütün üzvlər arasında konsensus olarsa və bu faydalı sayılarsa, bəli. Hazırkı vəziyyətdə bunun necə faydalı ola biləcəyini və bütün iştirakçılar arasında konsensusun necə əldə oluna biləcəyini təsəvvür etmək çətindir", - o deyib.

Putinlə ABŞ prezidenti Co Bayden arasında mümkün əl sıxışması ilə bağlı sualı cavablandıran Blinken qeyd edib ki, ideya heç vaxt Rusiyanı və ya Kremlin rəhbəri Vladitir Putini G20-dən kənarlaşdırmaq deyil.

QAZİLER.AZ

 

Diaspora