Cənubi Koreyaya işgüzar səfəri çərçivəsində elm və ali təhsil naziri Sayasat Nurbek Seul meri O Se Hoon ilə görüşüb.
Qaziler.az-ın məlumatına görə, Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyindən bildirilib ki, tərəflər qazaxıstanlı tələbələrə təqaüdlərin verilməsi haqqında Memorandum imzalayıblar.
2024-cü ildən başlayaraq Seul meriyası Qazaxıstan vətəndaşlarına süni intellekt, robototexnika, biologiya, fintech/blokçeyn kimi texniki və mühəndislik ixtisasları üzrə magistr təhsili almaq üçün beş təhsil qrantı verəcək. Qazaxıstanlı tələbələr Cənubi Koreyanın dörd aparıcı universitetində - Sungkyunkwan Universitetində, Kyung Hee Universitetində, Hanyang Universitetində, Seul Universitetində təhsil ala biləcəklər.
Həmçinin nazir S.Nurbek ilə Kengido Əyalət Təhsil İdarəsinin rəhbəri İm Tae He arasında görüş olub.
Görüş çərçivəsində Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi ilə Gyeonggi Vilayət Təhsil İdarəsi arasında pedaqoji universitetlərin qazaxıstanlı məzunlarının əyalət məktəblərində rus dilinin tədrisi üçün Cənubi Koreyaya göndərilməsinə dair memorandum imzalanıb.
QAZİLER,AZ