İsrail vasitəçilərlə Qəzza zolağında atəşkəs üçün yeni təkliflərini Fələstinin HƏMAS hərəkatına çatdırıb.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu ofisinin saytında məlumat verilib.
“Danışıqların bir hissəsi olaraq, Misirin faydalı vasitəçiliyi ilə vasitəçilər HƏMAS üçün yenilənmiş təklif hazırladılar. İsrail vasitəçilərdən razılığa doğru danışıqları irəlilətmək üçün HƏMAS-a qarşı qətiyyətli addımlar atmalarını gözləyir”, - deyə İsrail Baş nazirinin dəftərxanası bildirib.
Bununla belə, ofisin mesajında İsrailin təklifi ilə bağlı əlavə təfərrüatlar yoxdur.
Qeyd olunur ki, İsrail girovları HƏMAS-dan azad etmək və İsrailə qaytarmaq üçün bütün lazımi səyləri davam etdirir.
QAZİLER.AZ