İŞİD üzvü olan azərbaycanlı 6 uşaq və 2 qadın Rusiya təyyarələrinin endirdiyi hava zərbələri nəticəsində öldürülüb.
APA TV-nin xəbərinə görə, bu barədə Suriya insan haqları fəalları məlumat yayıb.
Hadisənin İŞİD nəzarətində olan əl-Mədain şəhərindəki hündürmərtəbəli binaya raket atılması nəticəsində baş verdiyi bildirilir.