Zelenski ofisinin keçmiş müşaviri korrupsiyaya görə saxlanılıb

Zelenski ofisinin keçmiş müşaviri korrupsiyaya görə saxlanılıb backend

Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğu öz “Telegram kanalında” transformatorların alınması zamanı az qala 95 milyon qriven (2,5 milyon dollar) mənimsəməkdə şübhəli bilinən bir qrup məmurun saxlanıldığını elan edib.

Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, məlumatda işlərə ölkə prezidenti Volodimir Zelenski ofisinin keçmiş müşaviri rəhbərlik edirmiş.

Ukrayna prezident ofisinin keçmiş müşavirinin rəhbərlik etdiyi mütəşəkkil dəstə ifşa edilib. Onun fəaliyyəti hərbi vəziyyət dövründə transformatorların alınması zamanı 94,8 milyon qrivnanın oğurlanmasına səbəb olub”, - bəyanatında deyilir.

QAZİLER.AZ

Diaspora