Rusiya prezidenti Vladimir Putin bildirib ki, yalnız onun adət-ənənələrinə, dilinə və mədəniyyətinə hörmət edənlərin Rusiyaya gəlib yaşamaq imkanı olmalıdır.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, Putin eyni zamanda “Crocus City Hall”da baş vermiş terror aktından etnik ədavətin qızışdırılması üçün istifadə edilməsinin yolverilməz olduğunu vurğulayıb.
Son zamanlar baş vermiş faciəvi hadisələrdən milli ədavət, ksenofobiya, islamofobiya və s. oyandırmaq üçün istifadə etmək yolverilməzdir”, - deyə Putin bildirib.
QAZİLER.AZ