Peskov Rusiyanın "Taliban"la niyə dialoq apardığını izah edib

Peskov Rusiyanın "Taliban"la niyə dialoq apardığını izah edib backend

“Rusiya Taliban hərəkatı ilə dialoq aparır, çünki aktual məsələləri həll etmək lazımdır”.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Taliban Əfqanıstanda faktiki hökumətdir.

O, həmçinin əlavə edib ki, Kreml hərəkat nümayəndələrinin Kazanda keçiriləcək “Rusiya-İslam dünyası: KazanForum 2024” forumunda iştirakı barədə məlumatlara malik deyil.

Fakt budur ki, bu, bizim yanımızda olan ölkə faktorudur. Bu və ya digər şəkildə onlarla ünsiyyət qururuq. Biz aktual məsələləri həll etməliyik. Bu da dialoq tələb edir. Əslində, hamı kimi biz də onlarla ünsiyyətdə oluruq. Onlar Əfqanıstanda faktiki hökumətdir”, - Peskov bildirib.

QAZİLER.AZ

Diaspora