“Çağırışçılar xüsusi hərbi əməliyyatlara cəlb edilməyəcək".
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu aprelin 1-dən başlayan yaz çağırış kampaniyası fonunda deyib.
Silahlı qüvvələrin rəhbərliyi ilə tematik konfrans zamanı o əlavə edib ki, xidmət müddəti başa çatmış hərbi qulluqçular dərhal hərbi xidmətdən azad edilməlidir.
“Vurğulamaq istərdim ki, çağırışçılar xüsusi hərbi əməliyyatda iştiraka cəlb edilməyəcək”, - Şoyqu bildirib.
Xidmət müddəti başa çatmış hərbi qulluqçulardan danışan müdafiə naziri onların yaşayış yerinə göndərilməsinin vaxtında təşkilinin, habelə vəzifədən azad edilməsi prosedurunun həyata keçirilməsinin vacibliyini qeyd edib. Şoyqu rəsmilərin xüsusi diqqətini bu məqama çəkib.
QAZİLER.AZ