Qəzzaya humanitar yardım aparan 7 nəfər həlak olub

Qəzzaya humanitar yardım aparan  7 nəfər həlak olub backend

Qəzza zolağında İsrail Müdafiə Qüvvələrinin hücumu nəticəsində “World Central Kitchen”in 7 əməkdaşı həlak olub.

Qaziler.az xəbər verir ki, məlumatı humanitar təşkilat təsdiqləyib.

Onların şirkət loqotipi olan avtomobilləri “münaqişənin aradan qaldırılması zonasında” sıradan çıxarılıb.

WCK təşkilatın əməkdaşlarının Deyr əl-Bəlahda 100 tondan çox humanitar yardım apardıqları anbardan yola düşərkən hücuma məruz qaldığını açıqlayıb. İki zirehli maşında və bir adi avtomobildə Avstraliya, Polşa, Böyük Britaniyadan və ikili vətəndaşlığı olan ABŞ, Kanada və fələstinli immiqrantlar olub.

WCK-nin baş direktoru Erin Qor hava hücumunu bağışlanılmaz adlandırıb. İşçilərinin ölümündən sonra təşkilat Qəzzada fəaliyyətini dayandırmaq qərarına gəlib.

QAZİLER.AZ

Diaspora