Rusiyada “Crocus City Hall” konsert zalında törədilən terror aktından sonra ticarət mərkəzlərinə gələn tamaşaçıların sayı 15-20% azalıb.
Qaziler.az “Kommersant”a istinadla xəbər verir ki, Moskvada bu göstərici 30-35% azalıb. Analitiklərin fikrincə, Rusiya ticarət mərkəzlərində trafikin azalması pərakəndə satış şirkətlərinin yeni mağazaları daha az açmasına səbəb olacaq.
Keçən həftə şəhərin böyük ticarət mərkəzlərində iştirak edənlərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 10% az olub. “Magic Group”un prezidenti Aleksandr Peremyatovun sözlərinə görə, “Crocus City Hall”da baş verən faciə pərakəndə daşınmaz əmlak bazarını xeyli geri salıb və son bir ildə toplanmış müsbət effekti neytrallaşdırıb.
QAZİLER.AZ