İran Dəməşq konsulluğuna hücumu terror aktı adlandırıb

İran Dəməşq konsulluğuna hücumu terror aktı adlandırıb backend

İranın BMT-dəki daimi nümayəndəliyi İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumunu “qorxaq terror aktı” və BMT Nizamnaməsinin kobud şəkildə pozulması adlandırıb, həmçinin dünya təşkilatının Təhlükəsizlik Şurasını İsrailin hücumunu pisləməyə və tədbir görməyə çağırıb.

Bu barədə İranın BMT-dəki daimi nümayəndəliyinin bəyanatında deyilib.

“İsrail rejiminin cinayətləri və qorxaq terror hücumları BMT Nizamnaməsinin, beynəlxalq hüququn və diplomatik və konsulluq binalarının toxunulmazlığının əsas prinsipinin kobud şəkildə pozulmasıdır. Rejim bunun nəticələrinə görə tam məsuliyyət daşıyır”, – missiya qeyd edib.

“Təhlükəsizlik Şurasını bu əsassız cinayət və terror aktını pisləməyə çağırırıq, İran Təhlükəsizlik Şurasını təcili iclasın çağırılması da daxil olmaqla lazımi tədbirlər görməyə çağırır”, – bəyanatda vurğulanır.

Report.az

Diaspora