Braziliya Putini G20 sammitinə gətirməyə çalışır

Braziliya Putini G20 sammitinə gətirməyə çalışır backend

Braziliya hökuməti Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışda olan Rusiya prezidenti Vladimir Putinin ölkəyə gəlişini təşkil etmək üçün səylər göstərir.

Qaziler.az xəbər verir ki, bu barədə Braziliyanın “Folha de S.Paulo” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın administrasiyası Putini noyabrda Rio-de-Janeyroda keçiriləcək G20 sammitində görmək istəyir. Belə bir səfərə əsas maneə Putinin həbsinə order verilməsidir, çünki Braziliya BCM-nin yurisdiksiyasını tanıyır və buna görə də rəsmi olaraq rus diktatorunu həbs etməyə borcludur.

Jurnalistlərin bildirdiyinə görə, Braziliya hökuməti hazırda bütün hökumət rəhbərlərinə xaricə səfərləri zamanı təqib olunmamaq hüququ vermək üçün BMT ilə danışıqlar aparır. Qəzet qeyd edir ki, Braziliya hökumətinin BMT-yə göndərdiyi təklifdə birbaşa Putinin adı çəkilmir, ancaq “Rusiya liderinin hazırkı vəziyyətinə uyğun gələn” ssenariyə istinad edir.

QAZİLER.AZ

Diaspora