ABŞ İran səfirliyinə hücumu İsrailin etdiyini təsdiqləmədi

ABŞ İran səfirliyinə hücumu İsrailin etdiyini təsdiqləmədi backend

ABŞ-nin Dövlət Departamenti İranın Suriyadakı səfirliyinə hücumunun arxasında İsrailin durduğunu təsdiqləməyib.

“Report” xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin mətbuat katibi Metyu Miller brifinqdə söyləyib.

Miller “nə hədəfin, nə də məsul tərəfin müəyyənləşmədiyini” söyləyib:

“Bunun tam olaraq nə olduğu barədə məlumat toplamamışdan əvvəl mən bu barədə konkret danışmaq istəmirəm”.

Eyni zamanda, o, Vaşinqtonun bölgədəki eskalasiyadan narahatlığını çatdırıb.

Diaspora