Yaponiya on birinci dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

Yaponiya on birinci dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib backend

NHK televiziya kanalının verdiyi məlumata görə, Yaponiya on birinci dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bu, cəmi 15 üzvü olan BMT-nin Təhlükəsizlik Şurasına bir ölkənin ən çox qeyri-daimi üzv seçilməsi ilə bağlı ilk belə haldır. Bu ölkələrdən beşi – ABŞ, Çin, Rusiya, Fransa və Böyük Britaniya təşkilatın daimi üzvləridir. Digər 10 üzv isə müxtəlif regional qrupları təmsil edən ölkələrdən seçilir. Qeyri-daimi üzvlərin səlahiyyət müddəti cəmi iki ildir. Eyni zamanda, həmin yerlərdən beşi hər il təzələnir.


BMT Baş Məclisinin iştirakçıları oktyabrın 15-də təşkilatın Təhlükəsizlik Şurasına qeyri-daimi üzv kimi Yaponiya ilə yanaşı, Ukrayna, Uruqvay, Misir və Seneqalı da seçiblər.

Yaponiya Təhlükəsizlik Şurasında qeyri-daimi üzv olaraq sonuncu dəfə beş il bundan əvvəl fəaliyyət göstərib. Hazırda əsas diqqət, Koreya Xalq Demokratik Respublikasının nüvə proqramı da daxil olmaqla, Yaponiyanın Şərqi Asiyada vəziyyətin sabitləşməsi üçün lider rolunu ifa edə bilməsinə yönələcək.
Diaspora