Yunanıstan Çexiya vasitəsilə Ukraynaya 150 milyon avro dəyərində əhəmiyyətli miqdarda sursat göndərməyə hazırlaşır və parlamentin müvafiq komitəsindən razılıq istəyir.
Qaziler.az xəbər verir ki, bu barədə “ieidiseis.gr” portalı yazır.
Açıqlamada, sözügedən sursat Yunan Ordusunun anbarlarında yerləşir və Yunanıstan Silahlı Qüvvələri tərəfindən “fəaliyyət göstərmir və istifadə olunmur” kimi təsnif edilir.
Onların 150 milyon avroya Çexiyaya satılacağı, daha sonra isə Ukraynaya çatdırılacağı qeyd edilib.
QAZİLER.AZ