“Süni intellektin inkişafı bəşəriyyətin ölümünə 20%-dən çox olma ehtimalı ilə gətirib çıxara bilər”.
Qaziler.az bildirir ki, bunu Amerikalı milyarder, iş adamı İlon Mask Los-Ancelesdə keçirilən konfransda deyib.
Eyni zamanda, milyarder vurğulayıb ki, onun fikrincə, "müsbət ssenarinin ehtimalı mənfidən daha çoxdur", - “Business Insider” xəbər verir.
"Düşünürəm ki, bunun bəşəriyyətin ölümünə səbəb olma ehtimalı var. Bəlkə də mən Britaniya-Kanada alimi və süni intellekt sahəsində qabaqcıl Cefri Hintonun qiymətləndirməsi ilə razılaşıram. Bu risk təxminən 10-20% və ya buna bənzər bir şeydir”, - Mask deyir.
QAZİLER.AZ