"Bu, Tehran üçün ciddi zərbə olacaq" - Hərbi jurnalist - FOTO

"Bu, Tehran üçün ciddi zərbə olacaq" - Hərbi jurnalist - FOTO backend

“SEPAH generalı Məhəmməd Rza Zahidinin öldürülməsi barədə məlumat təsdiqlənərsə, İran üçün ciddi zərbə olacaq”.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bunu müharibə müxbiri Yuri Kotenok deyib. O, “Reuters”in İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqə endirdiyi zərbə zamanı yüksək rütbəli hərbçinin ölməsi ilə bağlı xəbərinə belə münasibət bildirib:

“Məlumat təsdiqlənərsə, bu, Tehran üçün ciddi zərbə olacaq”, – jurnalist vurğulayıb.

Hərbi müxbirin sözlərinə görə, İsrailin Suriyanın paytaxtına hava zərbəsi endirməsi və ölənlər barədə fakt Fələstin və Suriyanın İrana bağlı media resursları tərəfindən təsdiqlənib, lakin konkret adlar verilməyib. O qeyd edib ki, “Reuters” və “Al Arabia”nın verdiyi məlumata görə, Məhəmməd Rza Zahidinin hücum nəticəsində öldürüldüyünü iddia edir. Məlumatlarda ölənlərin sayı beş ilə səkkiz nəfər arasında dəyişir.

Qeyd edilib ki, Suriya və Livan İslam İnqilabı Keşikçiləri Korpusu qüvvələrinin generalı və komandiri son səkkiz il ərzində qoşunlara rəhbərlik edib. 

QAZİLER.AZ

Diaspora