İsrailin Suriyanın Dəməşq şəhərindəki İran səfirliyinə endirdiyi hava zərbəsi nəticəsində 6 nəfər ölüb, binanın özü isə tamamilə dağılıb.
Qaziler.az bildirir ki, bu barədə TASS müxtəlif ərəb KİV-lərinə istinadən xəbər verir.
Təsdiqlənməmiş məlumatlara görə, İran İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli komandiri Məhəmməd Rza Zahidi hücum zamanı öldürülmüş ola bilər.
Agentliyin məlumatına görə, konsulluğun binası və İran səfirinin iqamətgahı hücuma məruz qalıb - səfir və ailəsi xəsarət almayıb, bu məlumatı “Al-Alam” və İSNA agentliyi təsdiqləyir. “Tasnim” agentliyi isə öz növbəsində partlayış nəticəsində 6 nəfərin öldüyünü iddia etsə də, hələlik onların kimliyi ilə bağlı konkret məlumat yoxdur.
IRIB televiziya kanalı hücumda bir neçə iranlı diplomatın həlak olduğunu, “Reuters” agentliyi isə general Məhəmməd Rza Zahidinin öldüyünü açıqlayıb. İsrail Hərbi Hava Qüvvələrinin hava hücumu faktını Suriya dövlət telekanalı “Al İkhbariya” təsdiqləyib. Onun sözlərinə görə, hücum Dəməşqin cənub-qərbindəki “Al-Mezza” bölgəsindəki binaya düşüb.
QAZİLER.AZ