Avropa İttifaqı qaçqın axınını dayandırmaq üçün Türkiyəyə 3 milyard avro ayıra bilər

Avropa İttifaqı qaçqın axınını dayandırmaq üçün Türkiyəyə 3 milyard avro ayıra bilər backend

Avropa İttifaqı (Aİ) qaçqın axının qarşısını almaq üçün Türkiyəyə iri məbləğdə maliyyə vəsaiti ayırmağa hazırdır. Bu barədə məsələ oktyabrın 15-də Aİ-nın Brüsseldə keçirilmiş sammitində müzakirə olunub.


AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Avropa İttifaqı tərəfindən yaxın zamanlarda Türkiyəyə ayrılacaq vəsaitin dəqiq məbləği hələlik bəlli olmasa da, söhbətin 3 milyard avrodan getdiyi bildirilir.

Ankara isə öz növbəsində maliyyə dəstəyindən əlavə, Avropa İttifaqının viza rejimini sadələşdirməsinə və perspektivdə Türkiyənin Şengen zonasına daxil olmasına ümid edir.

Müşahidəçilərin fikrincə, yaxın illərdə Türkiyə ilə Avropa arasında münasibətlər miqrasiya böhranından asılı olacaq. Bu sahədə daha bir addım oktyabrın 18-də Ankaraya səfəri planlaşdırılan Almaniya kansleri Angela Merkel tərəfindən atılmalıdır.
Diaspora