Əfqanıstanda minanın partlaması nəticəsində 9 uşaq həyatını itirib

Əfqanıstanda minanın partlaması nəticəsində 9 uşaq həyatını itirib backend

Əfqanıstanın Qəzni əyalətində minanın partlaması nəticəsində 9 uşaq həyatını itirib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Taliban administrasiyasının xəbər agentliyi "Bəhktar"a danışan Qəzni Mədəniyyət və İnformasiya Müdiri Molla Həmidullah Nisar bildirib ki, Sovet İttifaqının Əfqanıstanı işğalından sonra Giro rayonunun Zedran kəndində dünən partlamamış mina partlayıb.

Nisar partlayışın uşaqların partlamamış mina ilə oynadığı zaman baş verdiyini qeyd edərək, hadisə nəticəsində 5-i qız olmaqla 9 uşağın həyatını itirdiyini bildirib.

1979-1989-cu illərdə Əfqanıstanı işğal edən Sovet İttifaqı və onun o zaman dəstəklədiyi Əfqanıstan hökuməti üsyançılarla mübarizə aparmaq üçün kənd yerlərində minalar yerləşdirib.

Bu minalar çoxlu uşaqların ölümünə və əlil olmasına səbəb olub.

QAZİLER,AZ

Diaspora