Pakistanda güclü yağış: 2 ev uçub, 10 nəfər ölüb

Pakistanda güclü yağış: 2 ev uçub, 10 nəfər ölüb backend

Pakistanın Hayber-Paxtunxva əyalətində yağan güclü yağış Bajaur və Şanqla bölgələrində evlərin uçmasına səbəb olub, 5-i uşaq olmaqla 10 nəfər həyatını itirib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Pakistanın Hayber Paxtunxva əyalətində 2 gündür təsirli olan leysan yağış və dolu həyatı iflic edib.

Can itkisinin də yaşandığı əyalətin Bajaur bölgəsində 3-ü uşaq olmaqla 5 nəfər yağış nəticəsində uçan evin altında qalaraq həyatını itirib.

Şanqla rayonunda evin damının uçması nəticəsində 2 uşaq ölüb, 1 uşaq xəsarət alıb.

Pəncab Fövqəladə Hallar Xidmətinin sözçüsü Rəsul Xan verdiyi açıqlamada Çinin Banda, Şanqla bölgəsində 2 uşağın daşqın nəticəsində itdiyini bildirib.

QAZİLER.AZ

Diaspora