Bolqarıstan və Rumıniya martın 31-dən etibarən Şengen zonasına rəsmən qoşulub. Lakin bu, hələlik qismən olacaq. Müvafiq qaydalar hava və dəniz nəqliyyatı ilə səyahət edən sərnişinlərə şamil ediləcək.
QAZILER.AZ Axar.az-a istinaden xəbər verir ki, yerüstü keçid məntəqələrində sərhədi keçərkən pasport nəzarəti hələ də qalacaq.
Hər iki ölkə sərhəd nəzarətini gücləndirməyə və ərazilərində sığınacaq tələblərinə baxacağına söz verib.