İŞİD Türkiyəni hədələdi: prezident və baş nazirə sui-qəsd planı

İŞİD Türkiyəni hədələdi: prezident və baş nazirə sui-qəsd planı backend

Cübbəli Ahmet mühafizəyə götürüldü Türkiyənin hüquq-mühafizə orqanları ölkə başçısı Rəcəb Tayyip Ərdoğan, baş nazir Əhməd Davudoğlu və Dəyanət İşləri İdarəsinin rəhbəri Mehmet Gürməzə sui-qəsd edilə biləcəyi ilə bağlı hərəkətə keçib. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, Ankara terroru ilə eyni gündə yayılan məktub İŞİD-ə bağlı qüvvələrə məxsus olan “Konstantiniyye” jurnalında çap edilib. Bildirilir ki, yaxın vaxtlarda adları yuxarıda qeyd edilən rəsmi şəxslərlə yanaşı, din xadimi Cübbəli Ahmetə qarşı da sui-qəsd olacaq.

İŞİD-ə bağlı qüvvələr buraxdıqları jurnalın 2-ci sayında “Xəyanət raportu” və “Türkiyəyə mesaj” bölmələrində təhdidedici mesajlar bununla bitmir. Terror təşkilatı Türkiyə dövlətini açıq-aşkar hədələyərək, son Ankara teraktının onları daha da cəsarətləndirdiyinə eyham vurub.

Qeyd edək ki, daha əvvəl Əl-Qadiə tərəfindən də sui-qəsdlə hədələnən Cübbəli Ahmet İstanbul valiliyi tərəfindən mühafizəyə götürülüb.
Diaspora