İspaniyada yoxsulluq həddində yaşayan insanların sayı artıb

İspaniyada yoxsulluq həddində yaşayan insanların sayı artıb backend

Avropa Yoxsulluqla Mübarizə Şəbəkəsinin (EAPN) yaydığı hesabatda bildirilir ki, İspaniyada yoxsulluq həddində yaşayanların sayı artmaqdadır. Bu təşkilat hökumət orqanlarının rəsmi göstəriciləri və digər məlumatları analiz edərək “Arope indeksi” adlı meyar təyin edir. Bir çox ekspertlər hesab edirlər ki, bu, yoxsulluq həddinin ölçülməsində optimal üsuldur.



Hesabata görə, İspaniya əhalisinin 29,2 faizi, yəni, 13,5 milyon nəfərdən artıq insan yoxsulluq təhlükəsi həddində yaşayır. Bu isə ötənilki göstərici ilə müqayisədə 790 min nəfər çoxdur.

İspaniyada ayda 663 avrodan az gəliri olanlar yoxsulluq həddində yaşayanlar hesab edilir. Aylıq gəlirləri 332 avrodan az olanlar isə kritik yoxsulluq həddində hesab olunurlar. Bu kateqoriyadan olan insanlar əhalinin 6,85 faizini təşkil edir.
Diaspora