Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Firudin Bilgin bu gecə növbəti rabitə peykini fəzaya buraxacaqlarını bildirib.
İKT.lent.az-ın verdiyi xəbərə görə, “Türksat 4B” peyki Türkiyə vaxtı ilə saat 23.40-da Qazaxıstandakı Baykonur kosmodromundan kosmosa buraxılacaq.Nazir fəzaya göndərildikdən sonra peykin dekabr ayında fəaliyyətə başlayacağını və əsasən internetə çıxış məqsədilə istifadə olunacağını, internetin xeyli sürətlənəcəyini, TV kanallarının canlı yayım üçün texniki imkanlarının artacağını açıqlayıb. Nazir peykin türk respublikalarını, eləcə də Avropa, Asiya, Afrika və Yaxın Şərq regionlarını əhatə edəcəyini söyləyib.
Qeyd edək ki, “Türksat 4B” peykinin istehsalı 2014-cü ilin iyununda tamamlanıb. Lakin texniki səbəblərdən peykin fəzaya buraxılması gecikib.