Tacikistanda Rusiyaya bilet satışı kəskin azalıb

Tacikistanda Rusiyaya bilet satışı kəskin azalıb backend

“Crocus City Hall”da baş verən terror aktından sonra Tacikistan vətəndaşları Rusiyaya aviabiletləri qaytarmağa başlayıblar.

Qaziler.az bildirir ki, bu barədə “Asia-Plus” portalı aviaşirkətin nümayəndəliklərinə istinadən məlumat yayıb.

Xüsusilə “Somon Air”in nümayəndələri bildiriblər ki, hazırda Rusiyaya bilet satışında, eləcə də onların geri qaytarılmasında azalma var. Orta hesabla - 20%.

Həmçinin Düşənbədəki aviakassalar sərnişinlərin azlığından Rusiyaya uçuşların sayında azalma olduğunu bildiriblər. O cümlədən, “Ural Hava Yolları”nın Rusiya Federasiyasına öz cədvəlində üç yox, yalnız bir reys buraxdığı bildirilir.

QAZİLER.AZ

Diaspora