İtalya qırıcıları Rusiyaya görə Baltik dənizinin üzərində qaldırılıb

İtalya qırıcıları Rusiyaya görə Baltik dənizinin üzərində qaldırılıb backend

Polşadakı Malbork aviabazasında yerləşən İtaliya Hərbi Hava Qüvvələrinə məxsus “Eurofighter” qırıcıları son 24 saat ərzində iki dəfə havaya qalxıb.

Qaziler.az bildirir ki, bu barədə ANSA məlumat yayıb.

İtaliya agentliyinin qeyd etdiyinə görə, qırıcı təyyarələr Baltik dənizinin beynəlxalq suları üzərində Rusiya təyyarələrinin olmasını qeydə alıb.

Qeyd olunur ki, martın 28-i və 29-u ərəfəsində naməlum təyyarənin aşkarlanması barədə siqnal Almaniyanın Udem şəhərində yerləşən NATO komandanlıq mərkəzindən gəlib. Siqnal alındıqdan sonra dördüncü hava qanadının əməliyyat qrupundan olan İtalya təyyarələri qaldırılıb. Təyyarə təsbiet edildikdən sonra qırıcılar bazaya qayıdıb.

QAZİLER.AZ

Diaspora