Ukrayna lideri Volodimir Zelenski martın 29-na keçən gecə iki su elektrik stansiyasının Rusiya Silahlı Qüvvələrinin hücumuna məruz qaldığını iddia edib.
Qaziler.az bu barədə “Nyus.ru”ya istinadla xəbər verir.
Onun sözlərinə görə, söhbət Kanevskaya və Dnestr su elektrik stansiyalarından gedir. Rusiya Müdafiə Nazirliyi bu məlumatı şərh etməyib.
“Həmin gecə Kanevskaya və Dnestr su elektrik stansiyaları düşmənin şüurlu hədəfinə çevrildi”, - deyə Zelenski sosial şəbəkələrdə zərərin xarakteri və miqyasını açıqlamayıb.
Qeyd edək ki, “WarGonzo” martın 29-na keçən gecə Rusiya Silahlı Qüvvələrinin qanadlı və ballistik raketlərlə Ukraynanın enerji strukturuna hücum həyata keçirdiyini yazıb. Ukraynanın rəsmi xidmətlərinin verdiyi məlumata görə, obyektlərə 39 pilotsuz uçuş aparatı və 60 müxtəlif tipli raket buraxılıb.
QAZİLER.AZ