“Ukrayna üçün ən ideal variant Rusiya ilə NATO arasında bufer zonaya çevrilməkdir”.
Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Avstriyanın keçmiş kansleri Volfqanq Şussellə söhbətində deyib. Siyasətçinin fikrincə, bu baş verməsə, o zaman ukraynalılar öz ölkələrini itirə bilər.
“Macarıstanın baş naziri qeyd edib ki, Ukraynanın coğrafi mövqeyi nəzərə alınmalıdır. Rusiyanın bilavasitə qonşuları kimi onlar üçün ən idealı bufer zonaya çevrilmək və təhlükəsizlik zəmanəti almaq olardı”, - “Mandiner” nəşri Viktor Orbanın sözlərini sitat gətirib.
QAZİLER.AZ