12600 saxta dolları satmağa nail oldu

12600 saxta dolları satmağa nail oldu backend

Qazaxıstanın Pavlodar vilayətində bir nəfər saxta dollar dəyişdirməyə cəhd edib. Rəsmi valyutadəyişmə məntəqələri onun əskinaslarını qəbul etməsələr də, o, başqa yol tapıb.

Qaziler.az bildirir ki, bu barədə Kazinform xəbər verir.

Həmin şəxs  Pavlodardakı ticarət evlərinin birində saxta dollarları satmağa nail olub.

“Vətəndaş şəhərin valyutadəyişmə məntəqələrində saxta əskinas satmaq istəyib, lakin kassir əskinasları dəyişdirməkdən imtina etdikdən sonra o, valyuta mübadiləsi ilə məşğul olan Qazaxıstan vətəndaşına 12 600 ABŞ dolları məbləğində saxta pul satıb”, - Pavlodar vilayəti İqtisadi İnkişaf Departamentindən bildirilib. 

Faktla bağlı ibtidai araşdırma aparılıb, nəticədə məhkəmə həmin şəxsi təqsirli bilib. Qazaxıstanlı 5 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Maliyyə Monitorinqi Agentliyi vətəndaşları ayıq olmağa, yalnız rəsmi valyutadəyişmə məntəqələrində nağd pulu dəyişdirməyə çağırır.

QAZİLER.AZ

Diaspora