Əfqanıstanda zina edən qadınlar daşqalaq ediləcəklər

Əfqanıstanda zina edən qadınlar daşqalaq ediləcəklər backend

Əfqanıstanda qadınlar xəyanətə görə daşqalaq edilərək öldürüləcəklər.

Qaziler.az xəbər verir ki, bu barədə “The Telegraph” yazır.

“Taliban” hərəkatının lideri Heybətullah Axundzadə deyib ki, Qərbin qadınlardan tələb etdiyi hüquqlar şəriətin sərt təfsiri ilə ziddiyyət təşkil edir. Bəzi əfqanlar bundan hiddətlənib və beynəlxalq ictimaiyyəti “Taliban”a təzyiqləri artırmağa çağırıblar.

“Bütün bunlar sizin demokratiyanıza ziddir, lakin biz bunu davam etdirəcəyik. İkimiz də deyirik ki, biz insan hüquqlarını müdafiə edirik – biz bunu Allahın nümayəndəsi kimi edirik, siz isə şeytanın nümayəndəsi kimi”, – deyə Axundzadə bildirib.

Keçmiş dövlət qulluqçusu Tala baş verənləri şərh edərək, özünü təhlükəsiz hiss etmədiyini etiraf edib. Onun sözlərinə görə, hər səhər ölkə vətəndaşlarına sərt qaydalar tətbiq edən əmrlər axını ilə başlayır.

QAZİLER.AZ

Diaspora