ABŞ prezidenti Co Bayden deyib ki, dünya liderləri ondan Ağ Evin keçmiş prezidenti Donald Trampın seçkilərdə qalib gəlməsinin qarşısını almağı xahiş edirlər.
Qaziler.az bildirir ki, Ağ Ev rəhbərinin sözlərinə görə, demokratiya təhlükə altındadır.
O, həmçinin seçki rəqibini Amerika Vətəndaş Müharibəsindən bəri ən qeyri-demokratik prezident adlandırıb.
“Demək olar ki, dünya liderlərinin hər biri deyir ki, siz onun [Trampın] qalib gəlməsinə imkan verə bilməzsiniz, demokratiya təhlükə altındadır. "Mən xüsusi birisi deyiləm, amma Tramp da deyiləm", - Bayden deyib.
QAZİLER.AZ