ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin hesabatlarına görə, Çində qonoreya hallarının 8,1%-i birinci dərəcəli antibiotik seftriaksona davamlıdır.
Qaziler.az bildirir ki, belə məlumatlar 2804 cinsi yolla keçən infeksiyanın təhlilindən əldə edilib.
Bu, 2022-ci ildə Çində diaqnoz qoyulan bütün halların 2,9%-ni təşkil edir. Eyni zamanda, üç əyalətdə antibiotiklərə davamlı ştammın yayılması 25% təşkil edib. 13 əyalətdə isə 10%-dir.
Müəlliflər qeyd ediblər ki, bu nəticələr Çində antibiotiklərə davamlı olan “N. Gonorrhoeae” ilə mübarizə üçün kompleks yanaşmanın, xüsusilə seftriaksona davamlı qonokok izolatlarının faizinin 10%-dən çox olduğu əyalətlərdə belə yüksək müqavimət səviyyəsinə səbəb olan amillərin müəyyən edilməsinə təcili ehtiyac duyur.
QAZİLER.AZ