Tacikistanın yerli sakinləri sosial-iqtisadi təminatsızlıq üzündən Rusiyaya üz tuturlar, vəsaitə ehtiyacı olanlar isə asanlıqla terror təşkilatlarına cəlb olunurlar.
Qaziler.az xəbər verir ki, bu barədə rusiyalı ekspert Daria Çijova “NEWS.ru”ya bildirib. O qeyd edib ki, “Crocus City Hall”da terror aktında şübhəli bilinən şəxslərin maddi motivasiyası olub.
"Əmək miqrasiyasının səbəbləri Tacikistanda iş yerlərinin olmamasıdır. Sosial və iqtisadi cəhətdən zəif olanlar ölkəni tərk edirlər. Onlar pul qazanmağın yollarını axtarırlar”, - Çijova bildirib.
Şərqşünas qeyd edib ki, əmək miqrasiyası zamanı sosial məhrumiyyətlər baş verir. Onun sözlərinə görə, miqrantlar mədəniyyət və məişət fərqlərinə görə çox vaxt Rusiya cəmiyyətinə uyğunlaşa bilmirlər. Analitikin fikrincə, bu, həm də miqrantların terrorçu qrupların təsiri altına düşməsi faktoruna çevrilir.
QAZİLER.AZ