Moldovanın Moskvadakı səfiri Lilian Darius Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
TASS xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Ona rusiyalı diplomatın Moldovadan çıxarılması və Rusiya nümayəndə heyətinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 34-cü konfransının sessiyasına buraxılmaması ilə bağlı etiraz edilib.
Rusiya XİN-dən bildirilib ki, Dariusa Rusiyanın Kişineudakı səfirliyinin əməkdaşının ölkədən çıxarılmasına cavab olaraq Rusiya tərəfinin Moldovanın Rusiyadakı səfirliyinin əməkdaşını “persona non-qrata” elan etdiyi çatdırılıb.