Polşa Parisə əsgər və itlər göndərəcək

Polşa Parisə əsgər və itlər göndərəcək backend

Polşa 2024-cü il Olimpiya Oyunları zamanı təhlükəsizliyi təmin etmək üçün öz hərbçilərini, eləcə də itlərlə birgə mütəxəssisləri Fransaya göndərməyi planlaşdırır.

Qaziler.az bildirir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib.

 Siyasətçi X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat verib.

Kosiniak-Kamış Polşa Silahlı Qüvvələrinin Olimpiya Oyunlarının hazırlanması və təhlükəsizliyinin təmin edilməsi üçün Fransanın yaratdığı koalisiyada birbaşa iştirak edəcəyini vurğulayıb. "Əsgərlərimizdən ibarət xüsusi qrup, o cümlədən itləri olan mütəxəssislər Parisə göndəriləcək", - nazir nəşrdə bildirib.

O izah edib ki, Polşa hərbçiləri itlərlə birlikdə partlayıcı maddələr axtaracaq və potensial terror hücumlarına qarşı mübarizə aparacaq.

QAZİLER.AZ

Diaspora