Yaponiyada pəhriz əlavələri qəbul edən 5 nəfər ölüb

Yaponiyada pəhriz əlavələri qəbul edən 5 nəfər ölüb backend

Yaponiyada pəhriz əlavələri qəbul edən beş nəfər ölüb, 114 nəfər xəstəxanaya yerləşdirilib.

Yaponiyada "Kobayashi Pharmaceutical" əczaçılıq şirkəti tərəfindən istehsal olunan kodzi qırmızı düyü ekstraktı olan pəhriz əlavələri qəbul edən 5 nəfər ölüb, 114 nəfər xəstəxanaya yerləşdirilib.

Qaziler.az  bildirir ki, bu barədə martın 29-da "Associated Press" məlumat yayıb.

Şirkət prezidenti Akihiro Kobayaşi üzr istəyib.

Şirkətin baş icraçı direktoru Atsusi Vatanabe keçirdiyi mətbuat konfransında qeyd edib ki, daha azı 680 nəfər həkimə müraciət edib və ya müraciət etmək niyyətindədir. "O, həmçinin əlavə edib ki, “Kobayashi Pharmaceutical” göstərilən pəhriz əlavəsindən istifadə etdikdən sonra xəstəxanaya gedən xəstələrin müalicə xərclərini kompensasiya edəcək", - TASS yazır.

İndi qırmızı düyü əlavələrinin satışı tamamilə dayandırılıb. Bundan əlavə, məhsullarında qırmızı koji düyüdən (mayalanmış düyü) istifadə edən yapon şirkətləri məhsullarının geri çağırıldığını elan ediblər.

QAZİLER.AZ

Diaspora