Cənubi Afrikada avtobusun körpüdən aşması nəticəsində azı 45 nəfər ölüb.
Qaziler.az bildirir ki, bu barədə cümə axşamı, martın 28-də SABC radiostansiyası məlumat yayıb.
Hadisə səhər saatlarında Limpopo əyalətində baş verib. Avtobus sürücüsünün idarəetməni itirməsi nəticəsində avtomobil körpüdən aşıb, Mokopane və Marken arasındakı dağ keçidində alovlanıb. Nəticədə 45 nəfər həlak olub, daha bir neçə nəfər ağır yaralanıb.
Respublikanın nəqliyyat naziri Sindisive Çikunqanın sözlərinə görə, səkkiz yaşlı qız sağ qala bilib və xəstəxanaya aparılıb.
NSN yazır ki, daha bir qadın tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib.
Qeyd olunur ki, avtobusda olan sərnişinlər Moriah kilsəsində Pasxa konfransı üçün Müqəddəs Engenasa gedən zəvvarlar olub.
"Çikunqa artıq faciə ilə bağlı başsağlığı verib", - Gazeta.Ru qeyd edir.
QAZİLER.AZ