Latviya XİN rəhbəri istefa verib

Latviya XİN rəhbəri istefa verib backend

Latviyanın xarici işlər naziri Krişyanis Karins istefa ərizəsini təqdim edib.

Qaziler.az xəbər verir ki, bu barədə Latviyanın “Panorama” telekanalı “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Onun bu vəzifədə son iş gününün aprelin 10-u olacağı qeyd edilib. Aprelin 11-də Latviya Seymi Xarici İşlər Nazirliyinin yeni rəhbərinin namizədliyini təsdiq edəcək.

Qeyd edilir ki, siyasətçinin istefası şəxsi uçuşlarda dövlət vəsaitinin israf edilməsi ilə bağlı qalmaqalla əlaqələndirilib.

QAZİLER.AZ

Diaspora